Yanacaq-Energetika Kompleksi mərkəzi nəzarət idarəsinin verdiyi məlumata görə,2014-cü ilin 8 ayında Rusiya qaz ixracını 2013-cü ilin eyni dövrü ilə müqayisədə 0.7% artıraraq 128.494 milyard kub metr təşkil edib.
Avqustda qaz ixracı 11.416 milyard kub metr təşkil edib.
YEK MNİ-nin məlumataına görə,uzaq xaricə qaz ixracı 8 ayda 1% artaraq 88.989 milyard kub metr olub.bununla belə,avqustda uzaq xaricə qaz ixracı keçən ilin analoji dövrünün 10.4 milyard kub metrinə qarşı 8.719 milyard kub metr təşkil edib.
8 ayda yaxın xaricə 29.887 milyard kub metr qaz ixrac edilib ki,bu da bir il əvvəlki göstəricidən 380,43 milyon kub metr azdır. Avqustda yaxın xaricə 1.6 milyard kub metr qaz tədarük edilib.
2014-cü ilin 8 ayında Rusiyada qaz hasilatı keçən ilin eyni dövrü ilə müqayisədə 11.5 milyard kub metr azalaraq 117.586 milyard kub metr təşkil edib.