logo

Xarici neft şirkətləri 4 ayda dövlət büdcəsinə ötən il qədər ödəniş edib

Views: 92

Belə hal dünya bazarlarında neft və qaz qiymətlərinin yüksək olması ilə bağlıdır

Azərbaycanda HPBS müqavilələri (Hasilatın Pay Bölgüsü Sazişləri, HPBS) üzrə fəaliyyət göstərən neft-qaz şirkətləri 2022-ci ilin yanvar-aprel aylarında dövlət büdcəsinə 1 milyard 168,3 milyon manat gəlir vergisi ödəyiblər.

“2022-ci ilin yanvar-aprel ayları üçün bu şirkətlərdən Azərbaycanın dövlət büdcəsinə gəlir vergisi ödənişləri proqnozu 239 milyon manat olduğu halda, faktiki ödənişlər 1 milyard 168,3 milyon manat təşkil edib, yəni proqnoz göstəricilərini 4,9 dəfə üstələyib”, – AR Hesablama Palatası bildirir.

Bu vəziyyət hesabat dövründə neftin qiymətinin yüksək olması ilə bağlı olub.

2021-ci ildə neft-qaz şirkətləri tərəfindən Azərbaycanın dövlət büdcəsinə 1 milyard 44,3 milyon manat gəlir vergisi ödənilib.

Azərbaycan müstəqillik əldə etdikdən sonra neft və qaz yataqlarının işlənməsinə dair PSA tipli 36 müqavilə imzalayıb.

İnterfaks-Azərbaycan

0

Your Cart