logo

Türkiyənin İrana qaza görə borcu yoxdur – Ərdoğan

Views: 132

Bizim qaza görə İrana borcumuz yoxdur. Bu iddialar yalandır.

Trend xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan yerli KİV-ə müsahibəsində İrandan nəql olunan qazın texniki problemlər səbəbindən dayandırılmasına münasibət bildirərkən söyləyib.

Dövlət başçısının sözlərinə görə, o, bu barədə İran prezidenti ilə danışıqlar aparıb.

“Bizim İrana heç bir borcumuz yoxdur. Bu iddialar yalandır və prezident İbrahimi ilə apardığım danışıqlar zamanı bunu ona dedim. O isə texniki səbəbdən təchizatda 10-15 günlük gecikmə ola biləcəyini söylədi”, – R.T.Ərdoğan vurğulayıb.

Caspian Barrel bildirir ki, İran yanvarın 20-dən Türkiyəyə qaz idxalını 10 gün müddətinə texniki səbəblər üzündən dayandırdığını açıqlayıb. Amma yerli ekspertlər hesab edir ki, əslində soyuq hava şəraiti ilə əlaqədar İran hazırda ölkənin qaza olan daxili tələbatını ödəyə bilmir, gündəlik hasilatla istehlak arasında xeyli kəsir yaşanır, bu səbəbdən də rəsmi Tehran hava şəraitinin bir qədər yumşalmasına qədər vaxt qazanmaq məqsədi güdür.

0

Your Cart