logo

Pərviz Şahbazov: “Enerji sahəsində keçiriləcək hərraclarda Rusiya şirkətlərini görmək istərdik”

Views: 73

“Hazırda bərpa olunan enerjinin inkişafı bütün dünyanın, eyni zamanda Rusiya və Azərbaycanın diqqət mərkəzindədir”.

“Report”un məlumatına görə, bunu Azərbaycanın energetika naziri Pərviz Şahbazovun Rusiyanın “Nefteqazovaya Vertikal” jurnalına müsahibəsində bildirib.

Onun sözlərinə görə, bu il “Elektrik enerjisinin istehsalında bərpa olunan enerji mənbələrindən istifadə haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edilib: “Yaxın gələcəkdə bu sahədə layihələr həyata keçirmək üçün hərrac keçirməyi planlaşdırırıq. Bu hərracların iştirakçıları arasında Rusiya şirkətlərini görmək istərdik”.

Nazir həmçinin bildirib ki, bu yaxınlarda “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Qanun da qəbul edilib: “Bu istiqamətdə fəaliyyətimiz genişlənəcək. Düşünürəm ki, bu sahədə də uğurla əməkdaşlıq edə bilərik. Ümumiyyətlə, ölkələrimiz arasında digər enerji sahələrində əməkdaşlığa heç bir maneə görmürəm və ümid edirəm ki, münasibətlərimiz möhkəmlənəcək”.

0

Your Cart