logo

TAP konsorsiumu kəmərin genişləndirilməsi üçün bazar sınaqlarına başlayıb

Views: 206

“Trans Adriatic Pipeline AG” (TAP AG) konsorsiumu Trans-Adriatik qaz kəmərinin (TAP) cari illik 10 milyard kubetr qaz ötürmə qabiliyyətinin genişləndirilməsiməqsədilə bazar sınaqları mərhələsinə start verib.

“TAP AG” təbii qaz yük göndərənlərə maraq ifadə etmək, daha sonrakı mərhələdə isə TAP-ın yeni uzunmüddətli gücünə çıxış əldə etmək məqsədilə yeni bazar sınağına başlayıb, bununla gələcəkdə boru kəmərinin ötürmə qabiliyyətinin genişləndirilməsini mümkün edib”, – “İnterfaks-Azərbaycan”ın məlumatına görə, bu barədə konsorsiumdan bildiriblər.

Şirkətin məlumatına görə, bazar sınağı iki mərhələdə aparılacaq: 2021-ci il 12 iyul tarixində başlanan məcburi olmayan mərhələ və 2022-ci ilin yaz aylarında başlanması gözlənilən icbari mərhələ.

“2021-ci ilin bazar sınağı yük göndərənlərə TAP-ın genişləndirilməsi çərçivəsində gələcək güclərə maraq ifadə etmək imkanı verir. Biz həmçinin TAP marşrutu üzrə yeni çıxış nöqtələri istəmək imkanı təqdim edirik”, – şirkətin məlumatında TAP-ın kommersiya direktoru Mariya Savovanın (Marija Savova)sözlərinə istinad olunur.

“Boru kəmərinin cari ötürmə qabiliyyəti illik təqribən 10 milyard kubmetr təbii qaz təşkil edir, lakin TAP ilkin gücün iki dəfə artırılmasına qədər mərhələli şəkildə genişlənə bilər. Bu deməkdir ki, əlavə qaz ehtiyatları xüsusilə Cənub-Şərqi Avropada daha təmiz enerjiyə keçidi dəstəkləyərək, Avropa bazarlarına çıxış əldə edə bilər”, – TAP-ın icraçı direktoru Luka Şipati (Luca Schieppati) bəyan edib.

O, həmçinin məlumat verib ki, TAP ilə kommersioya nəqlinə başlanandan 6 ay ərzində Avropaya 3 miolyard kubmetrdən artıq Azərbaycan qazı nəql olunub.

Bazar sınağının məcburi olmayan mərhələsində iştirak etmək istəyən maraqlı olan tərəflər market.test@tap-ag.com ünvanına zəruri sənədləri göndərə bilərlər.

Xəbər verildiyi kimi, “TAP AG” genişləndirimənin 3 ssenarisini təklif edir: məhdud – illik 14,4 milyard kubmetrədək, qismən – illik 17,1 milyard kubmetrədək və tam – illik 20 milyard kubmetrədək.

TAP qaz kəməri ilə Azərbaycan qazının İtaliya, Yunanıstan və Bolqarıstandakı istehlakçılar üçün Avropaya nəqlinə 2020-ci il dekabrın 31-də başlanılıb.

2021-ci ildə CQD ilə Azərbaycandan Avropaya 5 milyard kubmetrdən çox qaz nəql olunacaq.

“TAP AG” konsorsiumu 2020-ci il oktyabr ayının 13-də qaz kəmərinin tikintisinin başa çatdığını elan edib. TAP-ın ümumi uzunluğu 878 km təşkil edir, bunun 550 km-i Yunanıstanın şimal hissəsindən, 215 km-i Albaniyadan, 105 km-i Adriatik dənizindən, 8 km-i isə İtaliya ərazisindən keçir. TAP Azərbaycan qazının Avropaya nəqli üçün infrastrukturun yaradılmasını nəzərdə tutan “Cənub Qaz Dəhlizi” layihəsinin sonuncu komponentidir.

TAP layihəsi “Mərhələ-2” çərçivəsində “Şahdəniz” yatağından hasil edilən 10 milyard kubmetr təbii qazın Yunanıstan və Albaniyadan Qərbi Avropaya nəqlini nəzərdə tutur.Qaz kəmərinin ötürmə qabiliyyəti onun gücünü ildə 20 milyard kubmetrə qədər artırmağa imkan verir.

Səhmdarları SOCAR (20%), BP (20%), “Snam” (20%), “Fluxys” (19%), “Enagas” (16%) və “Axpo” (5%) şirkətləridir. Layihənin dəyəri 4,5 milyard avrodur. TAP-ın təməlatma mərasimi 17 may 2016-cı il tarixində Yunanıstanda keçirilib.

interfax

0

Your Cart