logo

SOCAR Sibirdəki bir yataqda işlərə cəlb olunacağını anons edib

Views: 82

Yaxın zamanda “SOCAR Construction” şirkəti İrkutsk neft şirkəti tərəfindən podrat işlərinə cəlb ediləcək.

Bu haqda Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ictimaiyyət üçün açıqlamasında anons edib.

Şirkətin açıqlamasında bildirilib ki, söhbət “Markovo” yatağının istismarına hazırlıq layihəsindən gedir.

“Markovo” neft və qaz kondensat yatağı 59-cu ildir ki, istismardadır. 18 mart 1962-ci ildə İrkutsk vilayətinin Ust-Kutsk rayonunun Verxnemarkovo kəndi yaxınlığında ilk neft fontanı qeydə alındı. Bu, Şərqi Sibirdə neft hasilatı başlanmasının ilk illərinə təsadüf edirdi. 2000-ci ildə yataq üçün lisenziya İrkutsk Neft Şirkətinə verildi.

“SOCAR Construction” şirkəti 8 avqust 2017-ci il tarixində neft və qaz sənayesi elementlərinin inşası, quraşdırılması və istismarı üçün müstəqil bir podratçı kimi Rusiya Federasiyasının Vahid Dövlət Reyestrində qeydiyyata alınıb.

Caspian Barrel şirkətin rəsmi saytına istinadən bildirir ki, “SOCAR Construction” ilk layihəsinin icrasına 18 Mart 2019-cu ildə Uzaq Şərqdə – Amur vilayətində qaz emalı zavodunun tikintisində iştirakla başlayıb. Müqavilənin müddəti 29 aydır. İşin həcmi metal konstruksiyaların və avadanlıqların quraşdırılması və texnoloji boru kəmərlərinin çəkilməsini əhatə edir.

Şirkət ikinci podrat müqaviləsini 28 avqust 2019-cu il tarixindən başlayaraq 13 ay müddətində Belarusda Mozır neft emalı zavodunda texnoloji boru kəmərlərinin quraşdırılması üzrə icra edib.

0

Your Cart