logo

“Tengizchevroil” dəyəri $1,3 mlrd olan iki avrobond yerləşdirir

Views: 520

“Tengizchevroil” (TCO) 5 və 10 il müddətlik ümumi dəyəri $1,25 milyard olan iki avro bond (istiqraz) yerləşdirir.

500 milyon dollara 5 illik istiqrazlar 2.75% faizlə, 750 milyon dollar dəyərində olan 10 illik istiqrazlar isə 3.375 faiz olmaqla yerləşdirilib. Əməliyyatın təşkilatçıları kimi Bank of China, HSBC, IMI – Intesa Sanpaolo və J.P. Morgan bankları çıxış ediblər.

Moody’s beynəlxalq reytinq agentliyi avrobondların yeni buraxılışını “Baa2” səviyyəsində qiymətləndirməyi bildirib. S&P Global Ratings agentliyi isə qarşıdakı dollar istiqrazı buraxılışına görə TCO-ya “BBB” səviyyəli reytinq təyin etdiyini açıqlayıb.

Xatırladaq ki, “Tengizchevroil” 2016-cı ildə 1 milyard dollar dəyərində 10 illik avrobond yerləşdirmişdi. O zaman şirkətin avrobondlarına maraq kifayət qədər yüksək olmuşdu – müraciət sifarişlərinin ümumi məbləği 4.2 milyard dolları ötmüşdü.

“Tengizchevroil” MMC-nin səhmdarları ABŞ-ın “Chevron” (50%), və “ExxonMobil Kazakhstan Ventures Inc” (25%) şirkətləri, Qazaxıstanın milli neft və qaz şirkəti “KazMunaiGas” (20%), həmçinin “Lukarco” (5%) Rusiya-Amerika birgə müəssisəsidir.

Fixygen

0

Your Cart