logo

“Azeri Light” markalı neft ucuzlaşdı

Views: 133

“Azeri Light” markalı neftin bir barelinin qiyməti $1,65 – $34,97-dək ucuzlaşıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə neft bazarındakı mənbə məlumat verib.

“”Azeri LT CIF” markalı neftin bir barelinin qiyməti $1,65 və ya 4,5% ucuzlaşaraq $34,97 təşkil edib”, – deyə mənbə bildirib.

Digər neft növlərinin qiyməti dəyişdikdə, Azərbaycanın yüngül neftinin də qiyməti dəyişir. “Azeri Light” nefti yüngül və aşağı kükürdlü növə aid olduğu üçün onun bir bareli “Brent” markalı neftə nisbətən baha satılır.

Ötən gün “Brent” markalı neftin bir bareli $34,65 olub.

Beləliklə, “Azeri Light” “Brent”dən baha qiymətə satıldığını müşahidə edirik.

2020-ci il aprelin 21-də Azərbaycan neftinin bir barelinin qiyməti 19 il bundan əvvəlki antirekordu yeniləyərək $15,81-dək ucuzlaşıb.

“Azeri LT CIF” markalı neftin bir barelinin qiyməti 2001-ci ilin dekabr ayında minimuma enərək $19,15, 2008-ci ilin iyulunda isə maksimuma yüksələrək $149,66 olub.

2020-ci ilin I rübündə “Azeri Light” markalı neftin bir barelinin orta qiyməti $53,07 təşkil edib.

0

Your Cart