logo

AÇG-də I rübdə xərclər $255 mln artıb

Views: 136

2020-ci ilin birinci rübü ərzində “Azəri-Çıraq-Günəşli” (AÇG) layihəsi üzrə 150 milyon dollar əməliyyat xərcləri (opex) və 522 milyon dollara yaxın əsaslı xərcləmələr (capex) olmuşdur.

Bu haqda AÇG layihəsi üzrə Hasilatın Pay Bölgüsü Sazişinin podratçı tərəfləri adından “BP Exploration (Caspian Sea) Limited” şirkəti operator qismində məlumat yayıb.

Caspian Barrel xatırladır ki, ötən ilin birinci rübü ilə müqayisədə AÇG üzrə xərcləmələr 255 milyon dollar artıb. Beklə ki, 2019-cu ilin yanvar-mart aylarında 138 milyon dollar əməliyyat xərcləmələri və  279 milyon dollar əsaslı xərcləmələr təşkil etmişdi.

AÇG-də iştirak payları: BP (30,37%), SOCAR (25,0%), MOL (16 aprel 2020-ci il tarixindən “Chevron” şirkətini əvəz edib (9,57%), İNPEKS (9,31%), “Equinor” (7,27%), “ExxonMobil” (6,79%), TPAO (5,73%), İTOÇU (3,65%), “ONGC Videsj Ltd” (OVL) (2,31%).

0

Your Cart