logo

“Chevron” Azərbaycandakı payını MOL şirkətinə satdı

Views: 91

Macarıstan şirkəti “Chevron”un AÇG layihəsi və BTC neft kəmərindəki payının alınması haqda razılığa gəldi.

Картинки по запросу "MOL Chevron""

Macarıstanın “MOL Plc.”(MOL) şirkəti ABŞ-ın “Chevron” şirkətinin Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlarında və Bakı-Tbilisi-Ceyhan (BTC) neft kəmərində olan səhmlərini $1,57 mlrd.-a alıb.

“Noyabrın 4-də MOL AÇG layihəsində 9,57% və BTC neft kəmərində 8,9% səhmlərinin alınmasına dair “Chevron Global Ventures, Ltd” və “Chevron BTC Pipeline, Ltd” şirkətləri ilə müqavilə imzalayıb. Müqavilənin dəyəri $1,57 mlrd. təşkil edir. Bu müqavilə 1 yanvar 2019-cu il tarixindən qüvvəyə minir”, – MOL-un saytındakı məlumatda deyilir.

Şirkət məlumat verir ki, bu əməliyyat başa çatdıqdan sonra MOL AÇG-nin üçüncü ən böyük səhmdarı olacaq (pay həcminə görə).

“Azərbaycanda inverstorlara qarşı stabil və mülayim, uzun illər ərzində beynəlxalq tərəfdaşlıq təcrübəsinə dayanan normativ-hüquqi mühit mövcuddur və bu gün AÇG ölkənin ən iri neft aktividir”, – deyə məlumatda qeyd edilir.

MOL-un məlumatına görə, alqı-satqı müqaviləsi Azərbaycan hökuməti və tənzimçləyici orqanlar tərəfindən təsdiq olunmalıdır və 2020-ci ilin II rübündə başa çatması planlaşdırırlır.

MOL gözləyir ki, bu müqavilə hesabına Qrupun ümumi karbohidrogen ehtiyatları 2020-ci ilin sonunadək illik təqribən 360-380 mln. barelədək artacaq.

“Müqavilə mövcud likvidlik hesabına maliyyələşdiriləcək və şirkətin yaxın illərdə ”baza dividendlərinin artırılması cəhdinə təsir etməyəcək. Bu səhmlərin alışı MOL-un 2030-cu ilədək strategiyaslna uyğundur. Bu, dünya səviyyəli aktiv (AÇG bloku) müstəsna istehsal təcrübəsi ilə son 20 il ərzində yaxın illərdə qrup üzrə neft hasilatını mühüm dərəcədə artıracaq, BP (operator) və SOCAR kimi dünya səviyyəli tərəfdaşlarla MDB-də olmamızı möhkəmləndirəcək”, – məlumarda bildirilir.

“$1,57 mlrd. dəyərində bu müqavilə əsas regionlarımızdan olan MDB-də kəşfiyyat və hasilat üzrə beynəlxalq portfelimizin yaradlmasında yeni mərhələdir. Biz MDB-də dünya miqyaslı tərəfdaşlarla əməkdaşlıq edəcəyik. Bu müqavilə sayəısində şirkət çevik inteqrasiya biznes modelini möhkəmlənidrəcək. Həmin biznes model MOL-2030 layihələrinin maliyyələşdirilməsi üçün pul axınını inkişaf etdirməyə, həmçinin səhmdarlarımız üçün dividendlərin artırılmasını davam edəcək”, – məlumatda MOL Qroup-un sədr-prezidenti Zsolt Hernádinin sözlərindən sitat gətirilir.

İnterfax.az

0

Your Cart