logo

BP dünyanı qane edəcək neft qiymətini açıqladı

Views: 47

İstehsalçıları və dünyanın enerji resurslarında olan istehlakını qane edəcək neftin gələn il üçün bir barelinin ortalama qiyməti 50 ABŞ dollarıdır.

APA-Economics”in məlumatına görə, bunu BP şirkətinin Rusiya və postsovet ölkələri üzrə iqtisadiyyat və enerji məsələlərinə dair tədqiqatlara rəhbərlik edən və həmin ölkələrin iqtisadi siyasəti üzrə məsləhətçisi Vladimir Drebentsov “BP-nin Dünya Enerjisinə dair Statistik İcmalı” və “BP-nin Enerji Perspektivlərinə Baxış – 2040” adlı sənədlərin təqdimatı zamanı deyib.

“Bu qiymətlə (bir barel üçün 50 dollar – red.) dünya ona lazım olan neft həcmlərini alacaq. Yəni, bazarda (bu qiymətdən yararlana biləcək – red.) lazımi qədər istehsalçı olacaq”, – deyə V. Drebentsov qeyd edib.

Onun sözlərinə görə, geosiyasi faktorların hələlik “qara qızıl”a olan qiymətlərə təsir etdiyinə baxmayaraq, neft bazarı daha da stabilləşir: “Neft bazarının qısa bir zamanda Səudiyyə Ərəbistanının neft obyektlərinə olan hücumlardan qurtula bilməsi bunun bariz nümunəsidir”.

BP-nin nümayəndəsi onu da bildirib ki, əvvəlki şəraitdə Səudiyyə Ərəbistanında baş vermiş hadisə neft qiymətlərinin kəskin artımına gətirib çıxaracaq. Lakin praktika tam əksini göstərib – kəskin qiymət artımı qeydə alınmadı, həm də bazarda yaranmış problem (sözügedən ölkə tərəfində hasilatın kəskin azaldılması – red.) qızsa zamanda öz həllini tapdı. Bu da məhz bazarda olan böyük həcmdə artıq neft ehtiyatlarının hesabına mümkün olub: “Bazar dəyişib və geosiyasi hadisələrin ona təsiri azalıb. Biz görürük ki, dünya özünü daha ucuz qiymətlərlə neftlə təmin edə bilir”.

0

Your Cart