logo

Pərviz Şahbazov İtaliya nümayəndə heyətini qəbul edib

Views: 42

Energetika naziri Pərviz Şahbazovla İtaliyanın Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq nazirinin müavini Quqlielmo Pikkinin rəhbərlik etdiyi nümayəndə heyəti arasında görüş keçirilib.

Energetika naziri Pərviz Şahbazov iki ölkə münasibətlərinin bütün sahələr üzrə uğurla inkişaf etdiyini və bu əlaqələrin yüksək səviyyəli qarşılıqlı səfərlərlə daha da möhkəmləndiyini qeyd edib.

Caspian Barrel-ə nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, Şahbazov İtaliya şirkətlərinin Azərbaycanda çoxşaxəli fəaliyyətinə toxunan nazir onların investor kimi fəaliyyətlərini genişləndirməsi, iqtisadiyyatın şaxələndirilməsi prosesində iştirakları üçün imkanların olduğunu bidirib. Nazir Pərviz Şahbazov İtaliya ilə iqtisadi tərəfdaşlıqda enerji sektorunun vacib rolunu diqqətə çatdıraraq, TAP layihəsinin İtaliya istehlakçıları üçün faydalarından bəhs edib.

Cənub Qaz Dəhlizi” nin hər iki ölkə üçün əhəmiyyət daşıdığını vurğulayan nazir müavini Quqlielmo Pikki TAP-ın enerji resurlarının şaxələndirilməsində rolunu yüksək qiymətləndirib və layihənin vaxtında başa çatması üçün mövcud dəstəyi diqqətə çatdırıb.

Görüşdə iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın cari ildə keçiriləcək 5-ci iclasına hazırlıq, eləcə də qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.

0

Your Cart