logo

Azərbaycanın neft-qaz sektoruna $100 mlrd investisiya yatırılıb

Views: 138

“Azərbaycanın neft siyasətinin formalaşması ulu öndər Heydər Əliyevin “Neft Strategiyası” ilə bağlıdır. Azərbaycanın enerji siyasəti qarşılıqlı maraqlara əsaslanır və bu siyasət sayəsində indiyə kimi Azərbaycanın neft-qaz sektoruna 100,6 mlrd. dollar məbləğində investisiya yatırılıb ki, bunun da, təxminən, 85 mlrd. dollara yaxını xarici investisiyanın payına düşür”.

Картинки по запросу pərviz şahbazov

Energetika naziri Pərviz Şahbazov ADA Universitetində iyulun 16-da keçirilən XIII Bakı Yay Enerji Məktəbində “Azərbaycanın enerji siyasətinin bu günü və gələcəyi” mövzusunda etdiyi çıxışında bu haqda bəyan edib.

Nazir çıxışında ölkənin neft-qaz, elektroenergetika sahələri üzrə siyasətindən, qlobal enerji sektorunun yeni inkişaf meyillərinə uyğun formalaşdırılan enerji siyasəti kursundan, aparılan islahatlar prosesindən və qarşıda duran hədəflərdən bəhs edib.

P.Şahbazov qlobal enerji transformasiyası prosesinin bərpa olunan enerji və enerji səmərəliliyinin rolunu gücləndirdiyini, son illərdə dünyada enerji istehlakında elektrik enerjisinin payının artdığını söyləyib. Bərpa olunan enerjidən istifadə sahəsində və enerji səmərəliliyində əhəmiyyətli nəticələrə və elektroenergetika sektorunda bazar münasibətlərinin yaradılmasına nail olmağı ölkəmizin hazırkı və gələcək enerji siyasətinin hədəfləri kimi qeyd edib.

Nazir enerji siyasətimizin bu hədəflərinin həyata keçirilməsində Azərbaycan Respublikası Prezidentinin “Energetika sektorunda islahatların sürətləndirilməsi haqqında” sərəncamının əhəmiyyətini yüsək qiymətləndirib. Hazırda bu istiqamətdə görülən işlər, hazırlanan yeni qanunlar və ölkənin enerji sektorunun uzunmüddətli inkişaf strategiyası ilə bağlı planlar diqqətə çatdırılıb.

0

Your Cart