logo

“Xəzər Neft və Qaz” sərgisində nə yeniliklər var?

Views: 73

31 may tarixində Bakı Ekspo Mərləzində “Xəzər Neft və Qaz” sərgisi çərçivəsində ilk dəfə olaraq, “Bizimkilər” sessiyası
təşkil ediləcək.

Картинки по запросу Azərbaycanlılar xarici neft şirkətlərində

“Bizimkilər” sessiyası – sərginin tərəfdaşı olan “Caspian Event Organisers” şirkətinin tədbirlər portfelinə daxil olan yeni brenddir.

Sessiyanın adı spikerlər qismində xaricdə dünyaca məşhur neft şirkətlərində çalışan həmvətənlərimizin çıxışı ilə bağlıdır. Sessiyanın məqsədi iri beynəlxalq şirkətlərin təcrübəsini auditoriya ilə bölüşmək və sənaye yenilikləri, eləcə də istehsalat sirləri ilə tanış etməkdir.

Tədbirdə “SOCAR KBR” (London) şirkətinin baş layihə mühəndisi Firudin Səfərov, Ədu-Dabi Dövlət Neft Şirkətinin (“ADNOC”) baş mühəndisi Tural Yusubov, “Wood” şirkətinin cihazqayırma üzrə baş mühəndisi Pərviz Qafarov çıxış edəcəklər.

Öz çıxışlarında onlar neft-qaz sektorunda aktual məsələlərə toxunacaqlar, texnoloji mühəndislik, layihə metodları və insan idarəçiliyi, yeni texnologiyalar kimi mövzuları işıqlandıracaqlar. 

Sessiyada iştirak etmək üçün likdən qeydiyyatdan keçə bilərsiniz: https://caspianoilgas.az/az-Bizimkiler/

Digər yeni tədbir isə “Women in Power” sessiyasıdır – adından da bəlli olduğu kimi, bu sessiya energetika sahəsində nailiyyətlər qazanmış qadınlara həsr olunur.

Картинки по запросу Women in Power

Sessiya çərçivəsində neft sahəsinin əməkdar mütəxəssisləri olan zərif cinsin nümayəndələri çıxış edəcək, gənc qadınlar auditoriyasına öz uğur tarixçələrini danışacaq, təcrübələrini bölüşəcək və uğurlu karyera qurmaq üçün dəyərli məsləhətlər verəcəklər.

Çıxış edənlər arasında texniki elmlər doktoru, professor, Azərbaycan Dövlət Neft Akademiyasının Geotexnologiya və Neft-qaz Kimyası Elmi-Tədqiqat İnstitutunun direktoru Elmira Ramazanova, “Halliburton” şirkətinin materiallara nəzarət üzrə müfəttişi Xatirə Mikayılova və “BP” şirkətinin mayelər üzrə texniki mütəxəssisi Qumru Muradova yer alır.

Sessiyada iştirak etmək üçün likdən qeydiyyatdan keçə bilərsiniz: https://caspianoilgas.az/az-WomenPower/

0

Your Cart