Azərbaycan Energetika nazirliyinin açıqlamasına görə, Bakıda keçiriləcək OPEC+ ölkələri nazirlərinin Birgə Monitorinq Komitəsinin iclasında 14 ölkə iştirakını təsdiqləyib
Rusiya Federasiyasının energetika naziri Aleksandr Novak 18 mart tarixlərində Bakıda keçiriləcək OPEC və qeyri-OPEC ölkələrinin Müştərək Texniki Komissiyasının Nazirlərin Birgə Monitorinq Komitəsinin 13-cü iclasında iştirak edəcək. Bu barədə Energetika Nazirliyindən məlumat verilib.
“17-18 mart tarixlərində Bakıda OPEC və qeyri-OPEC ölkələrinin Müştərək Texniki Komissiyasının (JTC) 27-ci və Nazirlərin Birgə Monitorinq Komitəsinin (JMMC) 13-cü iclasları keçiriləcək. İclaslarda 14 ölkə iştirakını təsdiqləyib”, – məlumatda deyilir.
Xüsusilə, iclaslarda OPEC-in Baş katibi Məhəmməd Barkindo ilə yanaşı, OPEC Konfransının prezidenti, Venesuelanın neft naziri və Dövlət Neft Şirkətinin prezidenti Manuel Kevedo Fernandes, Səudiyyə Ərəbistanı, Rusiya, Qazaxıstan, Əlcəzair, BƏƏ, Kuveyt, İraq, Nigeriya, Liviya, Sudanın energetika nazirləri, Bəhreyn, Bruney və Konqonun nümayəndələri iştirak edəcəklər.
interfax.az