logo

Bakıda İranın maye qaz olan avtosisterni aşıb


Bazar ertəsi Bakıda içərisində 22 ton maye qaz olan avtosistern aşıb.

Bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilir.

“Bakı şəhərinin Nizami rayonu ərazisində İran İslam Respublikasına məxsus, içərisində 22 ton maye qaz olan “Mercedes” markalı avtosistern aşıb”, – məlumatda deyilir.

Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin (DYMX) müvafiq qüvvələri, Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-mədən Nəzarəti Dövlət Agentliyinin və Dövlət Neft Şirkətinin (SOCAR) mütəxəssisləri hadisə yerinə cəlb olunub.

“DYMX-nin xilasetmə qüvvələri tərəfindən ərazidə müvafiq təhlükəsizlik tədbirləri həyata keçirilmişdir. Sistern SOCAR-ın qaldırıcı kranı vasitəsilə götürülərək xüsusi təxliyə avtomobilində, Daxili İşlər Nazirliyinin Dövlət Yol Polisinin müşayiəti ilə, H.Əliyev adına Bakı Neft Emalı Zavodunun ərazisinə daşınıb”, – məlumatda qeyd olunub.

Qəzada xəsarət alanlar barədə məlumat yoxdur.

interfax.az

Comments: 0

Your email address will not be published. Required fields are marked with *

0

Your Cart