logo

2019-da “Şahdəniz” yatağından nə qədər qaz hasil olunacaq?

Views: 81

Bu məlumatı Azərbaycan Respublikası Hesablama Palatası açıqlayıb

2019-cu ildə “Şahdəniz” yatağından 17,3 mlrd. kubmetr həcmində qazın hasil olunacağı proqnozlaşdırılır. Bu barədə Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2019-cu il büdcəsinin layihəsinə Hesablama Palatasının Rəyində deyilir.

«2019-cu ilin yekunları üzrə “Şahdəniz” yatağından 17,3 mlrd. kubmetr həcmində qazın hasil olunacağı proqnozlaşdırılır ki, bu da 2018-ci ilin proqnoz göstəricisindən 53,1% çoxdur», – deyə sənəddə qeyd olunur.

Palatanın məlumatına görə, 2018-ci ildə “Şahdəniz” yatağından qaz hasilatı 11,3 mlrd. kubmetr həcmində proqnozlaşdırılır.

Xəbər verildiyi kimi, 2017-ci ildə “BP-Azerbaijan” “Şahdəniz” yatağından 10,2 mlrd. kubmetr qaz və 2,4 mln. ton kondensat hasil edib.

“Şahdəniz” yatağının işlənməsi haqqında müqavilə 1996-cı il iyunun 4-də Bakıda imzalanıb və elə həmin il oktyabrın 17-də Milli Məclisdə ratifikasiya edilib. “Şahdəniz” layihəsinin iştirakçıları BP (operator – 28,8%), “Petronas” (15,5%), SOCAR (16,7%), LUKOİL (10%), NICO (10%) və TPAO (19%) şirkətləridir.

İnterfax.az

Comments: 0

Your email address will not be published. Required fields are marked with *

0

Your Cart