İran

İranın neft naziri: “İran neftinin əvəzi yoxdur”

“İran ABŞ sanksiyalarından zərər çəksə, başqa neft istehsalçısı olan ölkələr İran neftinin bazardakı yerini doldura bilməyəcək”.

Report” “Shana”yə istinadən xəbər verir ki, bunu İranın neft naziri Bijan Namdar Zangane bildirib.

“Əvvəl də dediyim kimi, bazarda İran neftinin əvəzi yoxdur. Səudiyyə Ərəbistanı və Rusiyada hasilat ən yüksək həddə olduğundan, bu ölkələrin İran neftinin yerini doldurmaq üçün ehtiyat gücü yoxdur. Bu əvəzin mümkünsüzlüyündən hamı xəbərdar olduğu üçün neftin qiymətləri qalxıb ki, bu da istehlakçı ölkələrin iqtisadi vəziyyəti, bütövlükdə dünya iqtisadiyyatı üçün fəsadlar törədir”, –  B.N.Zangane vurğulayıb.

Qeyd edək ki, bu ilin may ayında ABŞ Prezidenti Donald Tramp İran nüvə proqramına dair razılaşmanı tərk etdiklərini bildirmişdi. Noyabr ayından isə İran neft ixracatına qarşı yeni sanksiyaların tətbiqi nəzərdə tutulur.