logo

Azərbaycan ərazisi ilə Rusiyadan İrana elektrik enerjisinin nəqli gələn il reallaşa bilər

Views: 20

Azərbaycan, Rusiya və İranın elektrik enerjisi sistemlərinin birləşdirilməsi üzrə üçtərəfli işçi qrupunun növbəti iclası keçirilib. 

“Report” bu barədə Rusiyanın Energetika Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, iclasda 3 ölkənin energetika nazirlərinin müavinləri – Natiq Abbasov, Anatoli Yanovski və Xomayun Xaeri iştirak ediblər.

Danışıqların əsas mövzusunu sözügedən layihənin texniki-iqtisadi əsaslandırılması üzrə əsas aspektlərinin razılaşdırılması təşkil edib. Tərəflər 3 ölkənin inteqrasiya olunmuş elektrik enerjisi şəbəkəsində enerji nəqlinə dair xüsusi təkliflərin hazırlanması prosesinin sürətləndirilməsi, 2019-cu ildə Azərbaycan ərazisi ilə Rusiyadan İrana elektrik enerjisinin nəqli imkanlarının nəzərdən keçirilməsi barədə razılıq əldə ediblər.

Comments: 0

Your email address will not be published. Required fields are marked with *

0

Your Cart