İran

İran neft emalı zavoduna investisiya üçün danışıqlar aparılır

İranın Təbriz neft emalı zavodunun (NEZ) modernizasiyasına investisiya yatırılması üçün Rusiya və Çin şirkətləri ilə danışıqlar aparılır.

“Report” xəbər verir ki, bu barədə “İrna” agentliyinə zavodun direktoru Qulamreza Baqeri Dizaj bildirib.

O qeyd edib ki, modenziyasiya üçün tələb olunan vəsaitin həcmi 1,5 mlrd. dollardır:“İnvestisiya zavodun məhsullarının keyfiyətinin yaxşılaşdırılmasına və zavodda istehsal həcminin artırılmasına yönəldiləcək. Təbriz neft emalı zavodunun emal gücü 110 min barel/gün təşkil edir və bu zavod ölkənin neft emalı zavodları arasında dördüncü sıradadır. Zavod tələbatın 7%-ni ödəyir”.