Avstriyanın “OMV” neft-qaz şirkəti neftin bir barrelinin qiymətinin 2019-cu ildə 70-80 dollar olacağını nəzərdə tutur.
AZƏRTAC TASS-a istinadla xəbər verir ki, bu barədə şirkətin baş icraçı direktoru Rainer Seele deyib.
O bildirib ki, son illərdə hasilata böyük sərmayə qoyulub. Hazırda bazarda neftin kifayət etməyəcəyi təhlükəsi də var. Eyni zamanda, bu sahədə sərmayələrin əhəmiyyətli artımı gözlənilir: “Neft-kimya sektoru bazarda investorların xüsusi diqqətini cəlb edir. Bu neft məhsullarına tələbat uzun müddət ərzində azalacaq. Aydındır ki, zavodlar daha çox istehsal edə biləcəkləri və sata biləcəkləri məhsullara diqqəti yönəldəcəklər”.
Şirkət rəhbəri, həmçinin “OMV”nin İrana üzrə fəaliyyətinə də toxunub. Belə ki, yaxınlaşan ABŞ sanksiyaları ilə əlaqədar şirkət neft emalı zavodları üçün İrandan əlavə neft alışı barədə qərar qəbul edəcək.