Liviyanın Hariga və Neft Hilalı ərazisindəki limanların silahlı qrupların hücumlarından sonra neft ixracını dayandırmasına görə indiyədək ölkəyə 920 mln. ABŞ dolları ziyan dəyib.
“Report” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Liviyanın Milli Neft Korporasiyası məlumat yayıb.
Qeyd edilib ki, gündəlik zərərin məbləği isə 67 mln. dollara çatıb.
Məlumata görə, bu limanlardan ixrac mümkün olmadığından 12,5 mln. barel neft hasil edilməyib. Hazırda gündəlik neft hasilatı 527 min barel təşkil edir, halbuki böhrandan öncə hasilat 1 mln. barel olub.