Dünya üzrə təsdiq edilmiş xam neft ehtiyatları 2017-ci ilin sonuna 1 trilyon 482 milyard 773 milyon barrel səviyyəsində olub.
AZƏRTAC xəbər verir ki, bu barədə Neft İxrac edən Ölkələr Təşkilatının (OPEC) illik statistik hesabatında deyilir.
Qeyd edilir ki, bu göstərici 2016-cı ilin sonuna olan həcmlə, yəni 1 trilyon 488 milyard 785 milyon barrellə müqayisədə 0,4 faiz azalıb.