Azərbaycan

Azərbaycan yanvar-aprel aylarında neft ixracını 1,3% artırıb

2018-ci ilin yanvar-aprel aylarında Azərbaycan 10 mln. 758,2 min ton neft ixrac edib ki, bu da 2017-ci ilin müvafiq dövrünün göstəricisindən 1,3% çoxdur.

Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə hökumətdən məlumat verilib.

“Hesabat dövründə Azərbaycandan ixrac olunan neftin ümumi dəyəri $5 mlrd. 145 mln. 822,5 min (artım 32,3%) təşkil edib”, – deyə məlumatda bildirilir.

2018-ci ilin yanvar-aprel ayları ərzində ixrac edilmiş $4 mlrd. 631 mln. 311,7 min məbləğində neftin bəyan edilmiş həcmi 9 mln. 338,9 min ton təşkil edib.

2017-ci ildə Azərbaycan 32 mln. 845 min ton neft ixrac edib.