İran

ABŞ müttəfiq ölkələrdən İrandan neft idxalını azaltmağı tələb edib

ABŞ müttəfiq ölkələrdən İrandan neft idxalını cari ilin noyabrın 4-dək azaltmağı tələb edib.

Report“un xarici KİV-lərə istinadən verdiyi xəbərə görə, bunu ABŞ Dövlət Departamentin yüksək vəzifəli məmuru bildirib.

O xatırladıb ki, noyabrın 4-də ABŞ-ın İrana qarşı sanksiyaların ilk hissəsi tətbiq olunacaq.

Dövlət Departamentin nümayəndəsi bildirib ki, bu tələbə əməl etməyən ölkələr ABŞ-ın İrana qarşı sanksiyaları ilə üzləşərlər.