logo

“Shell” Şimal dənizində 18 neft quyusunu bağlayacaq

Views: 36

Dünyanın ən böyük enerji şirkətlərindən biri olan “Royal Dutch Shell” Şimal dənizindəki “Cheviot” yatağında yerləşən 18 neft quyusunu bağlayacaq.

AZƏRTAC xəbər verir ki, bu barədə Şotlandiyanın quyu qazma və sökmə şirkəti olan “Awilco Drilling” məlumat yayıb. Bildirilir ki, şirkət “Shell UK Limited” İngiltərənin Şimal dənizi sularındakı 18 neft platformasını sökmək üçün 38,3 milyon dollarlıq müqavilə imzalayıb. Sazişə görə, əgər “Shell” istəyərsə daha 8 platforma da sökülə bilər.

“Awilco Drilling” 330 gün ərzində davam edəcək platformaların sökülməsi işlərinə sentyabrın 1-dən etibarən başlamağı planlaşdırır. Şirkət bu prosesdə “WillPhoenix” qurğusundan istifadə edəcək.

“WilPhoenix” “Awilco Drilling”in suyun dərinliyini 1200 metrədək olan hissəsində iş apara bilən 2 qurğusundan biridir.

Comments: 0

Your email address will not be published. Required fields are marked with *

0

Your Cart