Rusiya

Rusiyanın Omsk vilayəti Azərbaycan şirkətləri ilə əməkdaşlığı genişləndirmək niyyətindədir

Rusiyanın Omsk vilayəti Azərbaycan şirkətləri ilə əməkdaşlığı genişləndirmək niyyətindədir.

AZƏRTAC xəbər verir ki, bu sözləri XXV yubiley Beynəlxalq Xəzər Neft və Qaz “Caspian Oil and Gas 2018” sərgisində Omsk vilayəti İnkişaf və İnvestisiya Agentliyinin baş mütəxəssisi Darya Knyazeva deyib. O bildirib ki, Omsk vilayəti sərgidə bir sıra sənaye şirkətləri ilə təmsil olunur. Sözügedən şirkətlər neft-qaz sənayesi üçün sürtkü yağları, kimyəvi məhsullar, stend avadanlıqları, sənayenin avtomatlaşdırılması üçün həll variantları təklif edir.

D.Knyazeva bildirib ki, təmsil etdiyi region sərgidə 6 şirkətlə təmsil olunur və artıq Azərbaycanın bir neçə şirkəti ilə əməkdaşlıq edir. Eyni zamanda, Sumqayıt Kimya Sənaye Parkı ilə və “Bos Şelf” şirkəti ilə əlaqələrin qurulması planlaşdırılır.

Qeyd olunub ki, Rusiyanın Omsk vilayəti Azərbaycanla daha böyük layihələri həyata keçirməyə çalışacaq.