Azərbaycan

İndiyədək AÇG yataqlarından 454 mln. ton neft və 144 mlrd. m3 qaz çıxarılıb

Bu vaxtadək Xəzər dənizinin Azərbaycan sektorundakı “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokundan 454 milyon ton xam neft və 144 milyard kubmetr təbii qaz hasil olunub.

AZƏRTAC xəbər verir ki, bu barədə energetika naziri Pərviz Şahbazov aprelin 23-də Bakıda keçirilən SOCAR-ın III Beynəlxalq “Xəzər və Mərkəzi Asiya: Ticarət, Logistika, Neft emalı, Neft-kimya” Forumundakı çıxışında deyib.

Nazir qeyd edib ki, Azərbaycan indiyədək “Azəri-Çıraq-Günəşli” yataqlarının işlənməsindən 130 milyard 551 milyon ABŞ dolları gəlir əldə edib.