logo

OPEС+ Monitorinq Komitəsinin nazirlər səviyyəsində iclasının vaxtını dəyişib

Views: 28

Aprelin 15-nə planlaşdırılan OPEС+ Monitorinq Komitəsinin nazirlər səviyyəsində iclasının keçirilmə vaxtı aprelin 20-nə dəyişdirilib. Bu barədə təşkilatçıların məlumatında bildirilir.

AZƏRTAC TASS-a istinadla xəbər verir ki, iclasın keçirilmə vaxtı “təxirəsalınmaz” səbəbdən dəyişdirilib.

Səudiyyə Ərəbistanının Ciddə şəhərində təşkil olunacaq iclas bu ölkənin energetika naziri Xalid Al Falih və Rusiyanın energetika naziri Aleksandr Novakın sədrliyi ilə keçəcək.

İclas ərəfəsində səudiyyəli nazir “Reuters”ə müsahibəsində bildirib ki, sazişin iştirakçısı olan dövlətlər 2018-ci ildən sonra da neft hasilatının məhdudlaşdırılması mexanizminin tərəfdarı olmaq mövqelərində qalırlar. O qeyd edib ki, bununla yanaşı, gələcək əməkdaşlıq “heç də hasilatın məhdudlaşdırılmasının eyni səviyyədə saxlanılması demək deyil”.

OPEС 2016-cı il noyabrın 30-da Vyanada neft qiymətlərinin sabitləşdirilməsi məqsədilə neft hasilatının oktyabr ayında olan səviyyəsindən gündəlik 1,2 milyon barrel azaldılması barədə razılığa gəlib. OPEС-ə daxil olmayan 11 ölkə 2016-cı il dekabrın 10-da öz hasilatlarının ümumilikdə 558 min barrel, o cümlədən Azərbaycan gün ərzində 35 min barrel azaldılması barədə saziş imzalayıblar. 2017-ci il mayın 25-də isə OPEС-in Nazirlər Şurasının 172-ci iclası çərçivəsində üzv ölkələr və sazişə daxil olmayan ölkələr neft hasilatının məhdudlaşdırılmasının 2018-ci ilin birinci rübünədək uzadılması barədə razılığa gəliblər.

OPEС-ə üzv ölkələr və sazişə daxil olmayan ölkələrin 2017-ci il noyabrın 30-da OPEС Nazirlər Şurasının 173-cü iclası çərçivəsində keçirilən üçüncü görüşündə neft hasilatının məhdudlaşdırılması barədə sazişin müddətinin 2018-ci ilin sonunadək uzadılması barədə qərar qəbul edilib. OPEС üzvü və OPEС-ə üzv olmayan ölkələrin bu razılaşmasına Azərbaycan da qoşulub. Ölkəmiz bununla əlaqədar, ötən il və cari ilin iki ayı ərzində bütün öhdəlikləri yerinə yetirib.

Comments: 0

Your email address will not be published. Required fields are marked with *

0

Your Cart