logo

Bakı və Tehran Xəzər dənizində yataqların birgə işlənməsi imkanlarını müzakirə edir

Views: 50

Bakı və Tehran Xəzər dənizində yataqların birgə işlənməsi və yeraltı qaz anbarlarından istifadə imkanlarını müzakirə edir.

Bu barədə İqtisadiyyat Nazirliyindən məlumat verilib. İran İslam Respublikasında səfərdə olan iqtisadiyyat naziri Şahin Mustafayev bu ölkənin neft naziri Bijan Namdar Zəngənə ilə görüşüb.

“Tərəflər neft-qaz sahəsində təbii qaz mübadiləsi və yeraltı qaz anbarlarından istifadə imkanlarına, Xəzər dənizində yataqların birgə işlənməsi və s. məsələlərə dair fikirlərini bildiriblər”, – deyə məlumatda vurğulanır.

Ş.Mustafayev qeyd edib ki, İran tərəfindən Azərbaycanın neft sektoruna 2,95 mlrd. dollar investisiya qoyulub.

Interfax.az

 

Comments: 0

Your email address will not be published. Required fields are marked with *

0

Your Cart