Azərbaycan

Şefçoviç “Cənub Qaz Dəhlizi” Məşvərət Şurasının toplantısında iştirak edəcək

Avropa Komissiyasının enerji birliyi üzrə vitse-prezidenti Maroş Şefçoviç fevralın 15-də Bakıya gələcək.

Səfərdə məqsəd “Cənub Qaz Dəhlizi”nin Məşvərət Şurası çərçivəsində nazirlərin dördüncü görüşündə iştirak etməkdir.

Qeyd edək ki, “Cənub Qaz Dəhlizi”nin Məşvərət Şurası çərçivəsində nazirlərin ilk toplantısı 2015-ci il fevralın 12-də, ikinci toplantısı 2016-cı il fevralın 29-da, üçüncü toplantısı isə 2017-ci il fevralın 23-də Bakıda keçirilib.

 

 

Interfax.az