Rusiya

Rusiya neftin ixrac rüsumunu $120-dək artırıb

Fevralın 1-dən etibarən Rusiyadan neft ixracı rüsumu yanvar ayında bir ton üçün 111,4 dollardan 8,7 dollar artaraq bir tona görə 120,1 dollar təşkil edib.

Yanvarda bu göstərici 111,4 dollar təşkil edibBu barədə Rusiyanın İqtisadi İnkişaf Nazirliyinin sənədlərində qeyd olunub.

Məlumata görə, yüksək yapışqanlı neftin ixrac rüsumu 1 fevral tarixindən 17,9 dollardan 19,5 dollara qədər artıb.

Ağ neft məhsulları və yağlar üçün rüsum 36 dollara, qara neft məhsulları üçün isə 120,1 dollara qədər artıb. Əmtəə benzininin ixrac rüsumu 33,4 dollardan 36 dollara, naftanın bir tonunun ixrac rüsumu 66 dollara qədər artıb.

Koksun rüsumu bir tona görə 7,8 dollar təşkil edib.

Report.az