Rusiya

“Qazprom” şirkəti “Şimal axını” ilə rekord həcmdə qaz nəql edib

Rusiyanın “Qazprom” şirkəti 2017-ci il yanvarın 1-də “Şimal axını” boru kəməri ilə rekord həcmdə qaz nəql edib.

TASS agentliyinin yaydığı məlumatda bildirlir ki, gün ərzində 160,75 milyon kub metr qaz nəql olunub ki, bu da boru kəməru işə düşəndən indiyə qədər həyata keçirilən günlük hesabatlar üzrə rekord göstəricidi.

“Şimal axını”nın hazırki nəqletmə səviyyəsi Avropa bazarının bunda maraqlı olduğunu göstərir. Bu səbəbdən də “Şimal axını-2” tikintisinin aktuallığı bir daha öz təsdiqini tapır”, – deyə “Qazprom” idarə heyətinin rəhbəri Aleksey Milner vurğulayıb.

Qeyd edək ki, “Qazprom” şirkətinin “Şimal axını” ilə ixrac həcmlərini artırmasına səbəb Almaniya ərazisindəki OPAL qaz kəmərinə Rusiya qazının vurulmasını 50%-dən 80%-dək artırılmasıdır. Bu isə Rusiya qazının Ukrayna üzərindən tranzitinin 2017-ci ildə xeyli azaldacaq.