logo

Azərbaycan nümayəndə heyəti Qərbi Afrika ölkəsində danışıqlarda

Views: 132

Energetika nazirinin başçılıq etdiyi Azərbaycan nümayəndə heyəti Burkina Fasoda görüşlər keçirib

botAzərbaycan Respublikasının energetika naziri Natiq Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Burkina Fasoda rəsmi səfərdə olmuşdur.Səfər çərçivəsində ölkənin paytaxtı Uaqaduqu şəhərində bir sıra ikitərəfli görüşlər keçirilmişdir.

Burkina Faso parlamentinin – Milli Assambleyanın sədri Salif Diallo ilə keçirilən görüşdə Azərbaycan nümayəndə heyətinin üzvləri, o cümlədən SOCAR-ın sərmayələr və marketinq üzrə vitse-prezidenti Elşad Nəsirov, “Azərikimya” İstehsalat Birliyinin və “SOCAR Trading” şirkətinin rəhbər şəxsləri iştirak etmişlər.

Görüşdə Azərbaycan və Burkina Faso arasında diplomatik əlaqələrin 2004-cü ildə yaradıldığı, iki dövlət arasında əməkdaşlığın BMT, İslam Əməkdaşlıq Təşkilatı, habelə Azərbaycanın müşahidəçi status daşıdığı Afrika İttifaqı çərçivəsində həyata keçirildiyi vurğulanmış, qarşlıqlı əməkdaşlığın inkşafı üçün geniş perspektivlərin olduğu qeyd edilmişdir.

Nazir Natiq Əliyev Azərbaycanda həyata keçirilən uğurlu enerji strategeiyası barədə ətraflı məlumat vermiş, ölkəmizin təşəbbüsü və yaxından iştirakı ilə həyata keçirilən regional və beynəlxalq əhəmiyyətli layihələrdən bəhs etmişdir. Azərbaycanın əsas neft və təbii qaz ixracatçılarından biri kimi dünya enerji bazarında oynadığı rol xüsusi qeyd edilmişdir.

Görüşdə Burkina Fasonun əsas enerji daşıyıcalarını idxal etdiyi, bu ölkənin Azərbaycanla qarşılıqlı əlaqələrin inkişafında, xüsusilə enerji sahəsində əməkdaşlıqda maraqlı olduğı qeyd edilmişdir.

Burkina Faso – Qərbi Afrikada dövlət. 1984-cü ilin avqustuna qədər Yuxarı Volta adlanırdı. Şimalda Mali, şərqdə Niger,cənub-şərqdə Benin, cənubda Toqo və Qana, cənub-qərbdə Kot-d-İvuar ilə həmsərhəddir. Burkina Fasonun dənizə çıxışı yoxdur. Burkina Fasonun adı tərcümədə “vicdanlı adamların vətəni” deməkdir. Digər tərcüməyə görə Burkina Faso – “ləyaqətli adamların ölkəsi” deməkdir. Ərazisi 273 187 kv. km, əhalisi 16,5 mln. nəfərdir. Paytaxtı – Uaqaduqu şəhəridir.

Comments: 0

Your email address will not be published. Required fields are marked with *

0

Your Cart