logo

Neft sektorunun Azərbaycan büdcəsində hazırkı rolu – təhlil

Views: 779
SOCAR-ın neft sektorundan vergi ödəmələrindəki payı 95 faizdən artıq təşkil edib
Azərbaycan Mərkəzi Bankı Neft Fondundan dollar aldı
Neftin Azərbaycan iqtisadiyyatında rolu yüksək olaraq qalır

2016-cı ilin I yarımilliyinin yekunlarına görə, qeyri-neft sektorundan dövlət büdcəsinə Vergilər nazirliyi xətti ilə  2 milyard 495,4 milyon manat vəsait köçürülüb ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 9,4% çoxdur. Belə bir açıqlama ilə Azərbaycan Vergilər naziri Fazil Məmmədov çıxış edib.

Onun sözlərinə görə, 2016-cı ilin I yarımilliyində dövlət büdcəsinə Vergilər nazirliyi ümumilikdə 3 milyard 190,1 milyon manat vəsait köçürüb və plan tapşırıqlarını 2% artıqlaması ilə yerinə yetirib. Caspian Barrel bildirir ki, 2015-ci ilin yanvar-iyununda Vergilər nazirliyi dövlət büdcəsinə  3 milyard 346 milyon manat vəsait köçürmüşdü. Yəni cari ilin I rübündə büdcəyə köçürmələrin həcmi 4,7% azalıb.

Qeyd edək ki, hesabat dövründə neft sektorundan dövlət büdcəsinə Vergilər nazirliyi xətti ilə 694,7 milyon manat köçürülüb. Bu müddətdə neft sektorunun vergidaxilolmalarında payı 21,8% təşkil edib. Maraqlı fakt odur ki, 2015-ci ilin yanvar-iyununda neft sektorundan dövlət büdcəsinə Vergilər nazirliyi xətti ilə köçürmələri  1 milyard 57 milyon manat təşkil etmişdi.

Deməli, cari ilin I yarımilliyində neft sektorunun büdcəyə ödənişləri 34,3% azalıb.  

Caspian Barrel xatırladır ki, 2016-cı ilin I yarısının yekunlarına görə, Azərbaycan Dövlət Neft Şirkəti büdcəyə 661 milyon 742 min manat köçürdüyünü rəsmən elan edib. Bu informasiyadan çıxış etsək, hesabat dövründə SOCAR-ın neft sektorundan vergi ödəmələrində payı 95,2% təşkil edib.

Comments: 0

Your email address will not be published. Required fields are marked with *

0

Your Cart