Azərbaycan, Materiallar

SOCAR Trading və Hindistan şirkəti anlaşma memorandumu imzalayıb

podpis_150814SOCAR Trading SA və Hindistanın ONGC Videsh Limited anlaşma memorandumu imzalayıb.

“SOCAR Trading”in yayadığı məlumatda bildirilir ki, imzalanma mayın 27-də baş tutub.

İmzalanmış memorandum iki tərəfin satışdan gələn gəlirin optimallaşmasında təcrübənin mübadiləsi yolu ilə neft-qaz sənayesində əməkdaşlığını nəzərdə tutur.

Gərərgahı Cenevrədə yerləşən “SOCAR Trading” Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) marketinq bölməsi kimi Azərbaycanın “Azəri-Çıraq-Günəşli” yaxınlıqdakı digər yataqlarından hasil olunan Azərbaycan neftinin satışı üçün 2007-ci ilin dekabr ayında qeydiyyatdan keçib. 2016-cı il yanvar ayına olan vəziyyətə görə, “SOCAR Trading”in Cenevrə, London, Sinqapur, Dubay və Kalqaridəki beş əsas ticarət nümayəndəliklərində, eləcə də bir neçə digər nümayəndəlikdə olan 200-dən artıq əməkdaşı var.