logo

“Şahdəniz-1” layihəsi çərçivəsində Azərbaycan qazının Türkiyəyə ixracı artıb

Views: 93

boru2016-cı ilin yanvar ayının nəticələrinə görə, Türkiyə Azərbaycandan  594,46 milyon kubmetr qaz idxal edib ki, bu da 2015-ci ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 2.9% və ya 17.1 milyon kub metr çoxdur. Bu barədə Türkiyənin enerji bazarının tənzimlənəsi üzrə idarəsinin saytında yerləşdirilmiş məlumatda bildirilir.

Türkiyənin enerji bazarının tənzimlənəsi üzrə idarəsinə görə,2015-ci ildə Azərbaycan Türkiyəyə 2014-cü ildə tədarük edilmiş 6.07 milyard kub metrə qarşı 6,17 milyard kubmetr təbii qaz tədarük edib. Hesabatda bildirilir ki,2013-cü ildə Türkiyəyə ixrac edilmiş Azərbaycan qazının həcmi 4,25 milyard kub metr təşkil edib.

Türkiyənin qaz idxalında Azərbaycanın payı 2016-cı ilin yanvarında 11% təşkil edib.

*Türkiyə Azərbaycandan qazı Cənubi Qafqaz qaz kəməri (Bakı-Tbilisi-Ərzurum) ilə idxal edir. Türkiyəyə Azərbaycan qazı “Şahdəniz-1” layihəsi çərçivəsində 2007-ci ilin 3 iyunundan tədarük edilir.

Comments: 0

Your email address will not be published. Required fields are marked with *

0

Your Cart