Neftin qiyməti Dohada hasilatçı ölkələrin toplantısından bir nəticə hasil olunmamasından sonra yaşanan itkiləri kompensasiya edib və “Brent” markalı neftin bir barrelinin qiyməti yenidən 44 dollara yaxınlaşıb.
Neft istehsalçısı ölkələrin Dohadakı görüşündə hasilatı “dondurmaq” barədə razılığa gəlinməməsi, o cümlədən də Küveytdə neft sektorunda çalışan işçilərinin tətil etməsi ilə əlaqədar “Brent” neftinin qiyməti dünən 6 faizədək ucuzlaşmışdı. Bu gün Bakı vaxtı ilə saat 22.19-da “Brent”in qiyməti Doha görüşü əvvəlindəki səviyyəni ötərək 43.94 dollara çatıb. Qeyd edək ki, neft qiymətləri artıq dünənki hərraclarla müqayisədə 1,76% bahalaşıb. Cümə günü Brent markalı neftin bareli London birjası bağlanarkən 42.83 dollara satılırdı.
Hazırda Nyu-Yorkun NYMEX birjasında “Layt” markalı neftin bir barreli 40 dollardan, Londonun İCE birjasında isə “Brent” markalı neftin bir barreli isə 43 dollardan baha satılır.