logo

SOCAR “Muradxanlı” blokunun işlənməsi üzrə yeni müqavilə imzaladı

Views: 35

vishka5Martın 16-da SOCAR və Kanadan;n “Zenith Aran Oil Company Limited” şirkətləri arasında “Muradxanlı”, “Cəfərli” və “Zərdab” neft yataqlarının daxil olduğu blokun bərpası, kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında sazişin (HPBS) imzalanma mərasimi keçirilib.

SOCAR-ın mətbuat xidmətinin yayadığı məlumatda bildirilir ki, müqaviləni SOCAR prezidenti Rövnəq Abdullayev və “Zenith Aran Oil Company Limited” şirkətinin baş icraçı direktoru Andrea Kattaneo imzalayıblar.

Sazişdə “Zenith” şirkəti 80 faizlik, bütünlükdə SOCAR-a məxsus Ortaq Neft Şirkəti isə 20 faizlik iştirak payına malikdirlər. Saziş 25 il müddətində qüvvədə olacaq.

Ümumi sahəsi 642,4 kvadrat kilometr ərazini əhatə edən “Muradxanlı”, “Cəfərli” və “Zərdab” yataqlarında əvvəllər daha çox neft hasil edilsə də, hazırda burada sutkalıq hasilat təqribən 350 barel xam neft təşkil edir (ildə 17,3 min ton).

Yataqlardan, həmçinin az həcmdə təbii qaz da hasil olunur ki, bu da sahənin öz təsərrüfat-istehsalat fəaliyyətində istifadə edilir.

Qeyd edək ki, “Zenith Aran Oil Company Limited” bütövlükdə “Zenith Energy Ltd.” şirkətinə məxsus olan ortaq şirkətdir. Dünyanın ən böyük və ən dəqiq neft-qaz mərkəzi olan Kanadanın Kalqari şəhərində əsası qoyulmuş “Zenith Energy Ltd.” şirkəti quruda zaman keçdikcə hasilatı azalmış, lakin kapital qoyuluşundan, birgə mühəndislik və texniki ekspertiza nəticəsində optimallaşdırma işlərindən sonra məhsuldarlığı artırıla biləcək təsdiqlənmiş neft və qaz yataqlarının sonrakı işlənməsini həyata keçirir.

“Zenith” şirkətinin menecmenti geniş beynəlxalq təcrübəyə, həmçinin bu strategiyanı həyata keçirmək üçün texniki biliklərə malikdir.

“Muradxanlı” blokunun çıxarıla biləcək neft ehtiyatları 1,8 milyon ton neft və 36 milyon kub metr qaz cıvarında qiymətləndirilir. Hazırda blokda 77 quyu fəaliyyət göstərir.

Comments: 0

Your email address will not be published. Required fields are marked with *

0

Your Cart