logo

ExxonMobil  cari ildə sərmayələri 25% azaldacaq

Views: 51

exxon2

Çərşənbə günü ABŞ-ın ExxonMobil şirkəti 2016-cı ildə sərmayələri 25%,23 milyard dollara qədər azaldacağını elan edib.

2016-2017-ci illərdə şirkət 10 yeni hasilat layihəsini işə salmağı planlaşdırır ki,bu da istehsalı gündə 450 min barel neft ekvivalenti qədər artırmağa imkan verəcək.

2015-ci ildə ExxonMobil əməliyyat xərclərini və sərmayələri $12 milyard azaldıb.

Şirkətin press-relizində bildirilir ki,şirkət hazırki xammal dövrünü diqqətini inkişaf fəaliyyətinin əsas istiqamətləri və biznesin inkişafı üçün seçmə sərmayələr hesabına keçirmək niyyətindədir. Bununla belə ExxonMobil səhmdarlarına etibarlı dividendlər ödəməyə davam edəcək. Bu barədə şirkətin prezidenti Rex Tillerson məlumat verib.

Comments: 0

Your email address will not be published. Required fields are marked with *

0

Your Cart