logo

Dövlət Neft Fondu ilin əvvəlindən hərraclarda nə qədər valyuta satıb?

Views: 33

Təkcə mart ayının əvvəlində hərraclarda 249,7 milyon ABŞ dolları məbləğində vəsait satılıb 

manat-dollarBu gün Azərbaycan Respublikasının Mərkəzi Bankının müntəzəm hərracları vasitəsilə hərrac təşkil edilmişdir.  Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) tərəfindən 50 milyon ABŞ dolları məbləğində vəsait hərraca çıxarılmış, bu vəsaitdən 49,7 milyon ABŞ dolları məbləğində vəsait 28 banka satılmışdır.

ARDNF mətbuat xidmətinin ictimaiyyət üçün açıqlanan məlumatında bildirirlir ki, il ərzində Neft Fondu tərəfindən hərraclar vasitəsilə valyuta satışı davam etdiriləcəkdir.

Qeyd edək ki, Neft Fondu AR Mərkəzi Bankının hərracları vasitəsilə yanvar ayında 600 milyon dollar, fevralda 177,5 milyon dollar, martın 2-si və 4-də isə hər dəfə 100 milyon dollar həcmində valyuta satıb.

Comments: 0

Your email address will not be published. Required fields are marked with *

0

Your Cart