logo

Amerika – neft bazarına başlıca təsir edən ölkə

Views: 92

US oil imports 1970-2014Hazırda Amerika Birləşmiş Ştatları dünya neft bazarına OPEK ölkələrindən daha təsirli gücə malikdir. Onun neft ehtiyatları ilə bağlı ABŞ enerji İdarəsinin – Beynəlxalq Enerji Agentliyinin (EİA) açıqladığı hesabatlar dərhal London və Nyu-York əmtəə birjalarında “qara qızılın” qiymətinin müəyyən edilməsində xüsusi rola malik olur.

Bəs ABŞ-ın neft sənayesinin hazırkı durumu haqda nə demək olar? Caspian Barrel EİA-nin məlumatlarına əsasən, bildirir ki, əgə 1983-2005-cü illərdə ABŞ-da neft istehlakı 36,5% artaraq gündəlik 20,9 milyon barel  səviyyəsinə çatmışdısa, 2006-cı ildən başlayaraq 2013-cü ilə qədər 9% azalaraq 18,9 milyon barel təşkil etmişdi.

Hasilata gəlincə, 2005-ci ildə ABŞ-da gündə 5,18 milyon barel neft çıxarılırdısa, 2014-cü ildə bu göstərici 8,7 milyon barelə qədər yüksəlmişdi. 2015-cı ildə hasilat 9,5 mln bareli ötsə də, son məlumatlara görə hazırda 9,038 milyon barel təşkil edir.

Comments: 0

Your email address will not be published. Required fields are marked with *

0

Your Cart