logo

Neft qiymətlərinin sıçrayışla artımı

Views: 71

Hazırda dünya birjalarında WTI markalı neft gün ərzində 11%, Brent markalı neft isə 10% bahalaşıb. Bunun səbəbi isə OPEK ölkələrinin neft hasilatının azaldılması ilə bağlı yaxınlarda çıxaracaqları qərarla bağlıdır.

1358121268_187qBu gün Nyu-York birjasında WTI markalı neftin 1 bareli 11% artaraq 29,22 dollara qədər yüksəlib. Hərraclarda neftin bahalaşması hələ davam edir.

London əmtəə birjası İCE-də isə Brent markalı neftin 1 bareli Bakı vaxtı ilə 22.05-də 33.04dollara qədər yüksəlib. Gün ərzində artım səviyyəsi 10,08% təşkil edib.

Caspian Barrel CNN Money-ə istinadən xəbər verir ki,neft qiymətlərinin belə kəskin artması OPEK ölkələrindən “neft hasilatının azaldılması ilə bağlı” gələn daha çox bəyənatlarla əlaqədardır. Sonuncu belə bir bəyanatı Birləşmiş Ərəb Əmirliyi enerji nazirli səsləndirmişdi. Onun sözlərinə görə, OPEK ölkələri hasilatın azaldılması üçün öz əlaqələrini koordinasiya yönümündə artıq real addımlar atmalıdırlar.

Comments: 0

Your email address will not be published. Required fields are marked with *

0

Your Cart