logo

İran “Cənubi Pars” yatağından 10 milyon ton qaz kondensatı ixrac edib

Views: 22

300_export_maieate_gaz3

“Pars” xüsusi iqtisadi zonanın gömrük xidmətinin rəhbəri Xodadad Rahimi İRNA agentliyinə müsahibəsində bildirib ki, İran təqvimi üzrə cari ilin əvvəlindən “Cənubi Pars” yatağından $ 11 milyard 561 mln. 500 min məbləğində müxtəlif məhsullar ixrac edib.

Xodadad Rahimin sözlərinə görə,  ixrac edilən məhsulların siyahısına qaz kondensatı,metanol, polietilen qlikol, dietilen qlikol, monoetilen qlikol, trietilen qlikol, butan, propan, p-ksilol daxildir.

Xodadad Rahimi dəqiqləşdirib ki,adı çəkilən dövrdə “Cənubi Pars” yatağı sahəsindən 6 milyard 948 mln. 962 min. 357 ABŞ dolları dəyərində 12 milyon. 407 min. 769 ton müxtəlif neft məhsulları ixrac edilib.

Qaz kondensatı ixracı 4 milyard 612 mln. 538 min. 538 ABŞ dolları dəyərində 10 mln. 346 min. 57 ton təşkil edib.

Bütün sadalanan məhsullar əsasən Çin, Yaponiya, BƏƏ, Hindistan, Türkiyə, İraq, Tayvan, Tayland, Malayziya, Vyetnam, Əfqanıstan, Pakistan, Ermənistan, Rusiya, Mozambik, Misir, Suriya, Türkmənistan, Tacikistan,Ukrayna, Qatar, Tanzaniya, Filippin, Qana, Keniya, Azərbaycan, Gürcüstan, Cənubi Koreya və Meksikaya ixrac edilib.

Comments: 0

Your email address will not be published. Required fields are marked with *

0

Your Cart