logo

Neft və qaz şirkətləri $380 milyardlıq layihələri təxirə salıblar

Views: 38

Нефтегазовые компании отложили проекты на $380 млрд

“Wood Mackenzie” konsaltinq şirkətinin hesablamalarına görə,neft qiymətlərinin düşməsi fonunda neft-qaz şirkətləri “upstream” (kəşfiyyat və hasilat) bölməsində ümumi dəyəri $380 mlrd olan 68 layihəni təxirə salıb.

“Financial Times” qəzeti yazır ki, bu layihələr üzrə neft ehtiyatları 27 milyard barel neft ekvivalenti, potensial hasilat isə gündə 2.9 milyon barel neft həcmində qiymətləndirilir.

Keçən ilin iyunundan təxirə salınan layihələrin həcmi  2 dəfə artıb – $200 milyardan $380 milyarda qədər.

Ən çox əziyyəti dərinsulu qazma çəkir: yüksək dəyər üzündən təxirəsalınmaların yarısı bu layihələrin payına düşüb.

“Növbəti altı ay ərzində yeni layihələrin təxirə salınması davam edəcək”,- deyə “Wood Mackenzie” şirkətindən Enqus Rover bildirib.

Comments: 0

Your email address will not be published. Required fields are marked with *

0

Your Cart