logo

ExxonMobil şirkətinin neft və qazın gələcəyi haqqında yeni proqnozu

Views: 40

exxonmNeft və qaz nəhəngi ExxonMobil 2040-ci ilə qədər energetikanın inkişafı barədə uzunmüddətli proqnozunu açıqlayıb. Gözlənildiyi kimi, enerjiyə tələb 25% artacaq.

2040-cı ilə kimi neft və qaz əvvəlki kimi dünya enerji balansının 60% təşkil edəcək. Alternativ enerji mənbələrinin və nüvə enerjisinin payı 25% olacaq. Bundan əlavə, neft əsas enerji (1/3) mənbəyi olaraq qalacaq.

Şimali Amerika (Qeyd:ABŞ yox) 2020-ci ilə neftin xalis ixracatçısı olacaq.

Hindistan və Çin payına planlaşdırılan enerji tələbatının yarısı düşəcək.

Elektrik enerjisinə təlabat 65% artacaq və bu təlabatın 85% İEÖ siyahısına daxil olmayan dövlətlərin payına düşəcək. Eyni zamanda nəqliyyat sektorunda elektrik enerjisinə təlabat cüzi olacaq və 2% təşkil edəcək.

Nəqliyyat sektorunda artım 30% gözlənilir və  demək olar ki, artım qeyri-İEÖ-in payına düşəcək. Artım  kommersiya daşımaları ilə (yük maşınları, təyyarələr, su nəqliyyatı) şərtlənəcək. Təbii qazın nəqliyyat sektorunda payı cüzi artacaq – 2%-dən 5%-qədər.

“Hybrid” avtomobillərin satışı satılan bütün maşınların 40% təşkil edəcək. Nəticədə “hibrid” maşınlar 2040-cı ildə dünyada istifadə edilən avtomobillərin 25% təşkil edəcək. Elektromobillərin və plug-in “hibridlərin” payına isə – yanlız satılan maşınların 10% düşəcək.

Dünyada global şist inqilabı gözlənilmir. Lakin məhz şist neft (tight oil) dünyada neft hasilatı artımının əsas hissəsini təşkil edəcək. Artımın əhəmiyyətli dərəcədə NGL – yüngül fraksiyalar (propan-butan) kömək edəcək.

Comments: 0

Your email address will not be published. Required fields are marked with *

0

Your Cart