logo

2015-ci ildə Qazaxıstanın beynəlxalq ehtiyatları 10,6% azalıb

Views: 99

нацбанк рк2015-ci ilin dekabrında Qazaxıstanın beynəlxalq ehtiyatları 1.12% azalaraq $91,581 milyard təşkil edib. Bu məlumatlar çərşənbə günü Qazaxıstan Milli Bankının saytında dərc olunub.

Milli Bankın məlumatına görə,2015-ci ilin dekabrda Qazaxıstanın ümumi beynəlxalq ehtiyatları 1.08% azalaraq 28.073 milyard dollar,o cümlədən xalis beynəlxalq ehtiyatları 1.44% azalaraq (-3.84%) 27.176 milyard dollar təşkil edib.

Milli Fondun ehtiyatları 1.14% azalaraq 63.508 milyard dollar olub. Xarici valyutada aktivlər keçən ay 2.2% azalaraq 20.947 milyard dollar təşkil edib. Qızılda saxlanılan valyuta 2.07% artaraq 7,576 milyard dollar olub.

Comments: 0

Your email address will not be published. Required fields are marked with *

0

Your Cart