logo

2015-ci ildə BTC ilə 28,8 mln tondan artıq Azərbaycan nefti nəqli edilib

Views: 50

btc-isig2015-ci ildə Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəməri ilə 28 mln. 835,543 min ton Azərbaycan nefti nəql edilib ki, bu da 2014-cü ilin göstəricisindən 1,1% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə SOCAR-dan (Azərbaycan Dövlət Neft Şirkəti) məlumat verilib.

“Ümumilikdə kəmərin istismara verildiyi vaxtdan (4 iyun 2006-cı il) 2016-cı ilin yanvar ayının 1-nə qədər 292 mln. 675,389 min ton, dekabr ayında 2 mln. 461,645 min ton neft nəql olunub”, – deyə məlumatda bildirilir.

Bundan başqa, dekabr ayında BTC neft kəməri ilə 316,34 min ton Türkmənistan və Qazaxıstan nefti nəql olunub.

Dəqiqləşdirilmiş məlumatlara əsasən, 2015-ci ildə Ceyhan neft terminalından 29 mln. 79,649 min ton, o cümlədən dekabrda 2 mln. 739,625 min ton Azərbaycan nefti yüklənib. Ümumilikdə BTC-nin istismara verildiyi vaxtdan 291 mln. 18,739 min ton Azərbaycan nefti yola salınıb.

2014-cü ildə BTC kəməri ilə 28 mln. 508,192 min ton Azərbaycan nefti nəql edilib.

BTC neft kəmərinin uzunluğu 1768 km-dir. Bunun 443 km-i Azərbaycan, 249 km-i Gürcüstan, 1076 km-i Türkiyə ərazisindədir. Boru kəmərinin ötürmə qabiliyyəti ildə 50 mln. tondan çoxdur.

Layihənin iştirakçıları BP (30,1%); SOCAR (25%); “Chevron” (8,9%); “Statoil” (8,71%); TPAO (6,53%); ENI (5%); “Itochu” (3,4%); “ConocoPhillips” (2,5%); INPEX (2,5%), “Total” (5%) və ONGC (2,36%) şirkətləridir.

Comments: 0

Your email address will not be published. Required fields are marked with *

0

Your Cart