logo

Türkmənistan “Qalkınış” yatağından qaz hasilatını 95 mlrd kub metrə çatdırmağı planlaşdırır

Views: 94

gas-pipelines_140215

“Türkmənqaz” dövlət konsernin direktoru Aşirqulu Beqliyev bildirib ki,yaxın gələcəkdə Türkmənistan “Qalkınış” qaz yatağının istismarının 3-cü mərhələsinə başlamaq niyyətindədir və hasilatı 95 milyard kub metrə çatdırmağı planlaşdırır.

Onun sözlərinə görə,bu günə qədər istehsal gücü 30 milyard kub metr qaz olan istehsal obyektləri istismara verilib, 2014-cü ildə isə analoji obyektlərin ikinci mərhələsinə start verilib. Cari ilin sonunda isə “Qalkınış” yatağında gücü 35 milyard kub metr olacaq güclərin istismara verilməsi üçün işlərə başlanacaq.

“Nəticədə bu yataqdan qaz hasilatı ildə 95 milyard kub metr təşkil edəcək”,- deyə o bildirib.

Bu layihəyəyə sərmayələr $9,7 milyard təşkil edəcək. 2009-cu ildə imzalanmış müqaviləyə əsasən “Türkmənqaz” CNPC Chuanqing Drilling Engineering Company Limited (ÇXR), LG International Corp и Hyundai Engineering Co., Ltd (Cənubi Koreya), Petrofac International LLC. и Gulf Oil & Gas FZE (BƏƏ) şirkətlərinə kompleks işlər aparmaq tapşırıb.

Comments: 0

Your email address will not be published. Required fields are marked with *

0

Your Cart