logo

Statoil-un TAP layihəsindəki payının alqı-satqı əməliyyatları aydın oldu

Views: 118

statoil-tapNorveçin “Statoil” şirkəti Trans-Adriatik boru kəməri (TAP) layihəsindəki 20% payını İtaliyanın “Snam” qaz infrastruktur şirkətinə satır. Bu barədə “Statoil” şirkətinin saytında məlumat yayılıb.

Məlumata görə, alqı-satqı əməliyyatının məbləği 208 mln. avro təşkil edir. Əməliyyatın ilin sonuna kimi yekunlaşması nəzərdə tutulur.

Öz növbəsində Reuters agentliyi məlumat yayıb ki, bu əməliyyat zamanı Statoil şirkətinin TAP layihəsindəki 20%-lik payı 130 milyon avro qiymətləndirilib. Yerdə qalan 78 milyon avro isə TAP-ın kreditləşmə xərcləri təşkil edib.

Qeyd edək ki, Cənub Qaz Dəhlizi layihəsinin bir hissəsi olan TAP kəməri ilə “Şahdəniz-2” çərçivəsində hasil olunan qaz Avropaya nəql olunacaq.

Bu boru kəməri Türkiyə-Yunanıstan sərhədindəki Kipoy ərasizində TANAP kəmərinə qoşulacaq və Yunanıstan, Albaniya və Adriatik dənizindən keçməklə Cənubi İtaliyaya qədər uzanacaq. İlk Azərbaycan qazının 2019-cu ilin sonu 2020-ci ilin əvvəlində Avropaya çatdırılması planlaşdırılır.

TAP layihəsində BP (20%), SOCAR (20%), “Statoil” (20%), “Fluxys” (19%), “Enagas” (16%) və “Axpo” (5%) şirkətləri iştirak edir.

 

Comments: 0

Your email address will not be published. Required fields are marked with *

0

Your Cart